12:34 21 Yanvar 2021 82
Ana səhifə Xəbərlər

Cəlilabadda 2 nəfər saxlanıldı – 5 KQ-DAN ARTIQ NARKOTİKLƏ

Cəlilabadda 5 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbər görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Nurlan Zülfüqarov “Mercedes” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.

Şöbədə həmin avtomobilə keçirilən baxış zamanı oradan Nurlan Zülfüqarova məxsus 4 kiloqram 115 qram heroin aşkar edilərək götürülüb.

Keçirilən digər əməliyyat tədbiri nəticəsində rayon sakini Qoşqar Qənbərli saxlanılıb. Onun yaşadığı evdən 1 kiloqram 365 qram heroin, əlavə olaraq qurudulmuş marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın