14:24 26 Oktyabr 2020 120
Ana səhifə Xəbərlər

Cəlilabadda at əti satan şəxslər tutuldu

Cəlilabadda qanunsuz at əti kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

APA TV-nin cənub bürosundan verilən məlumata görə, Polis Şöbəsi əməkdaşları tərəfindən mənşəyi məlum olmayan ət məhsullarının hazırlanmasında şübhəli bilinərək saxlanılan rayonun Sərhədabad kənd sakini Cəlal Mirzəyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobilə baxış keçirilib.

Oradan 34 kiloqram sümüksüz at əti aşkar edilərək götürülüb. Həmin ət məhsulunun onun həmkəndlisi Toğrul Qasımov tərəfindən hazırlandığı müəyyən edilib.

Araşdırmalarla Toğrul Qasımovun müxtəlif şəxslərdən ucuz qiymətə aldığı atları yaşadığı Sərhədabad kəndində kəsdiyi və sümükdən ayrılan ətlərin mal əti adı ilə satıldığı məlum olub.

Həmin ətlərin satışının təşkilində onunla əlbir olan Cəlilabad şəhər sakini Əli Həsənov da müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın