04:17 23 Yanvar 2021 368
Ana səhifə Xəbərlər

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun Uzuntəpə kəndində baş verib. Qədirağa Mirzəyev adlı şəxs həyat yoldaşı Yəmən Mirzəyevanı küt alətlə qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Qətli törətməkdə şübhəli bilinən Q. Mirzəyevin ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın