16:29 02 Dekabr 2020 394
Ana səhifə Xəbərlər

Cəlilabadda karantin qaydalarını pozaraq fəaliyyət göstərən iki kafe aşkar edilib

Cəlilabadda sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən iki kafe və yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkar edilib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Tərlan” və “Palma” kafelərinin sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyektlərə baxış zamanı həmin kafeləri icarə əsasında işlədənlər və orada olan müştərilər olmaqla ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

Bundan əlavə, polis əməkdaşları tərəfindən Cəlilabad şəhər sakini olan və COVID-19 infeksiyası testinin nəticəsi pozitiv çıxmış Elşən Əliyevin yaşayış yerini tərk etdiyi müəyyən edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən ərzaq mağazasında aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın