14:00 25 Fevral 2020 200
Ana səhifə Xəbərlər

Cəlilabadda narkotik alverçiləri yaxalandı – 2 KQ-DAN ARTIQ NARKOTİKLƏ

Cəlilabadda narkotik maddələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı paytaxt sakini Səbuhi Gülməmmədov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Salahov Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıblar.

Səbuhi Gülməmmədovun əlindəki və avtomobilindəki bağlamalara baxış zamanı ümumi çəkisi 2 kiloqram 150 qram tiryək və 555 qram heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadəsində narkotik vasitələrin onlara məxsus olduğunu və satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın