12:00 09 Noyabr 2019 235
Ana səhifə Xəbərlər

Cərimə yerinə, bayraq verdilər - MİNGƏÇEVİRDƏ DYP AKSİYASI

Mingəçevirdə Dövlət Bayrağı Günü münasibətilə xüsusi tədbir keçirilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, Dövlət Yol Polisinin (DYP) təşkil etdiyi reyd-aksiya Heydər Əliyev prospektində baş tutub.

Tədbirdən məqsəd qayda pozucularını cəzalandırmaq olmayıb. Yol polisinin davranışı sürücülər üçün sürpriz olub. Saxlanılan sürücülərin hər birinə bayraq hədiyyə edilib.

Aksiya piyadaları da əhatə edib.

Sürücü və piyadalar isə polis əməkdaşlarına gələcək xidmətlərində uğurlar arzulayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın