00:00 07 Oktyabr 2019 176
Ana səhifə Xəbərlər

Çinar xeyir-şər evinin üstünə aşdı - MİNGƏÇEVİRDƏ GÜCLÜ KÜLƏK

Mingəçevirdə güclü külək çinar ağaclarından birinin iri budağının qırılmasına səbəb olub.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi, 15 ünvanında qeydə alınıb. Qırılan budaq həyətdəki xeyir-şər evini mavi yanacaqla təmin edən qaz xəttini yarasız vəziyyətə salıb. Daha sonra isə tikilinin üstünə aşıb.

Xoşbəxtlikdən hansısa qəza baş verməyib. Bundan əlavə həmin an xeyir-şər evində və ərazidə kimsənin və avtomobillərin olmaması da şansa yazılmalıdır. Ağac aşarkən yalnız sakinlərin eyvandakı paltar zivələrini qırıb töküb.

Qeyd edək ki, bu, son bir neçə ay ərzində məhəllədə baş verən 5-ci analoji hadisədir. Sakinlər həyətdəki təhlükəli sayılan iri ağacların qismən budanması üçün aidiyyəti qurumlara müraciət edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın