03:20 14 Fevral 2020 168
Ana səhifə Xəbərlər

Çindən Türkiyəyə gətirilən soydaşlarımızın karantin müddəti başa çatdı – SABAH BAKIYA GƏLİRLƏR

Fevralın 1-də Çindən Türkiyəyə təxliyə edilən soydaşlarımız sabah Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılacaqlar.

APA TV xəbər verir ki, bu barədəAzərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, soydaşlarımız xəstəxanadan buraxıldıqdan sonra sabah gün ərzində Bakıya yola salınacaqlar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca isə Çinin koronavirus yayılan Uhan şəhərindən gətirilən 42 nəfərin 32-sinin artıq evə buraxıldığını bildirib. Qalan 6 Azərbaycan, 3 Gürcüstan, bir Albaniya vətəndaşı isə sabah xəstəxanadan evə buraxılacaqlar.

Qeyd edək ki, onların 14 günlük karantin müddəti başa çatıb.Həmin şəxslərdə koronavirus aşkar edilməyib.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir.Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın