16:35 15 Avqust 2020 591
Ana səhifə Xəbərlər

COVID-19-dan sağalan həkim Cavid Paşayev evə buraxılıb

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin yeni növ koronavirusdan (COVID-19) sağalması ilə bağlı “Facebook” hesabında paylaşım edib.

APA TV-nin məlumatına görə, Rəşad Mahmudov bildirib ki, 36 yaşlı Cavid Paşayev xəstəliyə qalıb gəlib.

Rəşad Mahmudov həmçinin Cavid Paşayevin sağalmasında ECMO cihazının effektivliyini qeyd edib.

Qeyd edək ki, xeyli müddətdir COVID-19-dan müalicə olunan Cavid Paşayev bu gün evə buraxılıb.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri, koronavirusa yoluxmuş 36 yaşlı Cavid Paşayev iyulun 13-dən ECMO cihazına qoşulmuşdu. Onun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın