17:12 04 Dekabr 2020 172
Ana səhifə Xəbərlər

Dağ yəhudiləri sinaqoqda Vətən Müharibəsi şəhidlərini anıb

Bura paytaxt ərazisində yerləşən dağ yəhudilərinin Avropada ən böyük ibadətgahı hesab olunan sinaqoqdur. Saat 12:00-da İkinci Qarabağ müharibəsində həlak olan 2783 şəhidimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra icma üzvləri şəhid və yaralılarımız üçün dua etdilər.

Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev ibadətdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın bu müharibədə qazandığı qələbə şəhidlərimizin canı, yaralılarımızın qanı bahasına qazanılıb: “Biz bu gün 30 il işğal altında olan o torpaqların vüsalına yetişmişik. Əlbəttə, sevinclə kədər qardaşdır.

“Ömrün uzun olsun” dedilər mənə,

Gələn gedəcəkdir ya tez, ya da gec.

Bu ömür heç kəsə gərək deyilsə,

Mənim özümə də gərək deyil heç.

Ona görə də demək istərdim ki, şəhidlərimiz həmişə gərəklidirlər, həmişə qəlbimizdədirlər”.

İcma sədri bildirib ki, şəhidlərimizin anım günü həm azərbaycanlıların, həm də Azərbaycanda yaşayan başqa xalqların yaddaşında əbədi həkk olunacaq: “Biz dağ yəhudiləri də bu gün Azərbaycan xalqı ilə birlikdəyik. Onların xoş günündə biz də şadlanırıq. Bu gün möhtəşəm qələbənin rəhni olan bütün şəhidlərimizin ruhunun şad olan günüdür”.

Milix Yevdayev qeyd edib ki, bu qələbənin memarı Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev, öz canlarını ortaya qoyan şəhidlərimiz və ordumuz ətrafında polad yumruq kimi birləşən Azərbaycan xalqıdır.

Səfər Əlizadə,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın