12:56 05 Dekabr 2020 192
Ana səhifə Xəbərlər

Dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ

Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, gecə və səhər zəif duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın