16:39 05 Dekabr 2020 392
Ana səhifə Xəbərlər

Daha 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 nəfərdir.

Ölkədə son sutka ərzində 20 778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın