15:43 01 Dekabr 2020 155
Ana səhifə Xəbərlər

Daha 4426 nəfər COVID-19-a yoluxub, 41 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın