14:00 10 Aprel 2020 278
Ana səhifə Xəbərlər

Daha bir obyekt sahibi karantin qaydalarını pozdu - MÜŞTƏRİLƏRİ DƏ CƏRİMƏLƏNDİ

Paytaxtın Binəqədi qəsəbəsində xüsusi karantin rejim qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çay evi aşkar edilib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Səfalı Rüstəmovun qanunsuz olaraq özünə məxsus “Buta” adlı çay evi işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib.

Obyektin sahibi Səfalı Rüstəmov və müştərilər saxlanılaraq Polis Bölməsinə aparılıblar.

Xüsusi karantin qaydalarını pozan müştərilər 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibi Səfalı Rüstəmovun qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan material məhkəməyə göndərilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın