12:43 14 Sentyabr 2020 326
Ana səhifə Xəbərlər

Daşkəsəndə 37 yaşlı kişi bıçaqlandı

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Astaf kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü Razim Qasımov sağ qolundan aldığı iki bıçaq xəsarəti ilə Gəncə şəhər Təcilli Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal yaralıya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Razim Qasımov tanıdığı şəxslə mübahisə edib və bu zaman o, həmin şəxs tərəfindən bıçaqlanıb.

Hadisə ilə bağlı polisə də məlumat verilib, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın