23:20 20 Noyabr 2019 59
Ana səhifə Xəbərlər

Dəm qazı yenə can aldı - SALYANDA

Salyanda ötən gün axşam saatlarında 27 yaşlı Zəkirə Bədəlova vanna otağında dəm qazından boğularaq ölüb.

APA TV-nin məlumatına görə, hadisə Taleh Davudzadə küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Yaxınlarının ad gününə hazırlaşan bir il əvvəl bu evə gəlin gələn Zəkirə Bədəlova vanna otağında dəm qazından boğulub. Gənc xanım həyətə düşüb və hamama gedib. Bir müddət keçib, gəlindən səs-səmir olmadığını görən yaxınları narahat olub. Hamamın qapısını açan zaman doğmaları Zəkirə Bədəlovanın artıq boğulduğunu görüblər.

Hadisə yerinə təcili yardım çağrılsa da artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın