09:20 09 Noyabr 2019 44
Ana səhifə Xəbərlər

Deputatlar yol polislərini əlamətdar tarixlər barədə məlumatlandırılıb

9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Günü Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində qeyd olunub.

APA TV-nin məlumatına görə, tədbirdə millət vəkilləri şəxsi heyətə qeyd olunan tarixlər barədə dolğun məlumat verib, maarifləndirici çıxışlar ediblər.

Deputat Çingiz Qənizadə Konstitusiyanın anlayışı, mahiyyəti, məzmunu və əhəmiyyəti barədə danışıb. Konstitusiyada təsbit olunmuş insan hüquqlarının təmin olunması sahəsində Azərbaycanda son illərdə köklü islahatların aparıldığını, Konstitusiyanın zamanın tələblərinə uyğun olaraq vaxtaşırı əlavə və dəyişikliklər edilməklə təkmilləşdirildiyini diqqətə çatdırıb.

Onun həmkarı Fəzail İbrahimli özünü 1918-1920-ci illərdə var olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi hesab edən müasir Azərbaycan Respublikasının o zaman xalqımızın yaratdığı üçrəngli bayrağa yenidən sahib çıxaraq onu ucaltdığını və dövlət bayrağı kimi qəbul etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan xalqının milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bu ölkənin hər bir vətəndaşının qürur və and yeridir.

Tədbirin sonunda idarənin rəhbərliyi geniş məlumata görə hər iki millət vəkilinə kollektiv adından təşəkkür bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın