14:03 02 Mart 2021 108
Ana səhifə Xəbərlər

Dərslər dayandırılacaqmı? – NAZİRLİK AÇIQLAMA YAYDI

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA TV-yə açıqlamasında bildirib ki, yayılan məlumat yanlışdır, belə bir qərar yoxdur:

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov “Facebook” səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın