17:20 23 Fevral 2020 2139
Ana səhifə Xəbərlər

DGK Azərbaycan vətəndaşlarına İrana səyahət etməmələrini tövsiyə edib

Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib. Dövlət Gömrük Komitəsindən APA TV-yə verilən məlumata görə, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın