13:55 07 Aprel 2021 84
Ana səhifə Xəbərlər

DGK yeni portal istifadəyə verdi – TİCARƏT DÖVRİYYƏSİ İLƏ BAĞLI

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın ticarət dövriyyəsini vizual olaraq təqdim etmək məqsədilə "Ticarət Statistikası Portalı"nı təqdim edib.

APA TV-nin məlumatına görə, portal Xarici İqtisadi Fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda vahid rəqəmsal məkanda statistik məlumat əldə etmək imkanı verəcək.

Təqdimatda çıxış edən DGK-nin Aparat rəhbəri Anar Süleymanov bildirib ki, portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları təqdim edərək, onların daha dəqiq biznes araşdırmasına dəstək olacaq. Bu da, öz növbəsində, ticarətdə rəqabət qabiliyyətliliyin artırılmasını zəmin yaradacaq: "Portalın təqdim etdiyi digər yenilik ölkənin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri haqqında məlumatları daha müasir formatda maraqlı tərəflərə çatdırmaqdır. Əsas üstünlüyümüz odur ki, artıq Avropa ölkələrinin, o cümlədən Sinqapur, Koreya və Yaponiya kimi dövlətlərin təcrübəsi öyrənilərək, biz xarici ticarət əmtəə nomenklatura üzrə mallarla bağlı nəyin ki, tarif dərəcələri, ümumilikdə onları tənzimləyən qanunlar haqqında məlumatları da yerləşdirmək niyyətindəyik”.

Daha sonra “Ticarət Statistikası portalı” geniş izahla jurnalistlərə təqdim olunub.

Təqdimat mərasimində bildirilib ki, Dövlət Komitəsi sahibkarlıq fəaliyyəti ilə bağlı idxal və ya ixrac zamanı malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri və sənədi verən orqanın adını publik qaydada təqdim edir.

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın