18:40 17 Sentyabr 2019 98
Ana səhifə Xəbərlər

DİN-də kollegiya iclası keçirilib - NAZİR TAPŞIRIQLAR VERDİ

Daxili İşlər Nazirliyində (DİN) kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm istiqamətləri əhatə etdiyini bildirib.

Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polisgeneral-mayoru Oqtay Kərimov nəticələrdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün görüləcək işlərdən danışıb.

Daha sonra ayrı-ayrı şəhər, rayon polis orqanlarının rəisləri çıxış edib.

Nazir bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu, onların aradan qaldırılması üçün adekvat tədbirlər görülməsini tələb edib. Opretaivlik və dəqiqliyin, zərərçəkmiş şəxslərə dəymiş ziyanın istintaq və təhqiqat prosesində ödətdirilməsinin, polisin nümunəvi xidmət göstərməsinin vacibliyini vurğulayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın