20:40 20 Noyabr 2020 199
Ana səhifə Xəbərlər

DİN: Sabahdan küçə, bulvar, park və digər açıq ictimai yerlərdə maska taxmaq məcburidir

Sabahdan ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bunu APA TV-yə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, açıq havadakı ictimai yerlərə küçələr də daxildir:

"Sabahdan istər küçə, istərsə də park, bulvar və digər ictimai yerlərdə maska taxılması tələbi məcburidir Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur”, deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, maskadan istifadə etməyən fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın