15:01 09 İyul 2020 1473
Ana səhifə Xəbərlər

DİN vəzifəli şəxslərə qarşı əməliyyat keçirir

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərrüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

APA-nın məlumatına görə, əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Saxlanılanların olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, əməliyyat barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Əməliyyatla barədə ilk xəbəri "Qafqazinfo.az" saytı yayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın