03:42 07 Mart 2021 58
Ana səhifə Xəbərlər

Diplomatik korpusun nümayəndələri Qubadlıda olublar

Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində bu gün Qubadlı şəhərinin mərkəzində olublar.

APA TV-nin əməkdaşının Qubadlıdan verdiyi məlumata görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, rayon işğal dövründə elə dağıdılıb ki, onun mərkəzinin harada yerləşdiyini müəyyən etmək belə çətindir. O deyib ki, yaşayış binaları dağıdılıb, işğal dövründə yalnız hərbi məqsədlər üçün Ermənistan tərəfindən istifadə olunan binalar tikilib.

H. Hacıyev Qubadlının işğal tarixi barədə diplomatları məlumatlandırıb.

O diqqətə çatdırıb ki, ekspert qrupları Qubadlıda olub, burda törədilən dağıntıları qiymətləndirib.

Qubadlı şəhərinin Azərbaycan üçün tarixi və mədəni baxımdan önəmini qeyd edən H. Hacıyev bildirib ki, bu şəhərdə çoxlu sayda dini və mədəni abidə olub, lakin bu abidələr dağıdılıb.

Daha sonra Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov 1993-cü ildə XİN əməkdaşı olaraq Qubadlıya son səfəri barədə danışıb. O bildirib ki, əhalinin əksəriyyəti həmin dövrdə rayonu tərk etmək istəmirdi:

E. Əmirbəyov onu da deyib ki, müharibə dönəmində Qubadlının əhalisi təxminən 29000 nəfər olub, keçən illər ərzində rayonun əhalisinin sayı artıb, hazırda 40 000-i keçib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın