19:40 14 İyul 2020 261
Ana səhifə Xəbərlər

Dondar Quşçu sakinləri: “Kəndi heç kim tərk etməyib”

İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq təxribatlar törədib, rayonun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan ağır artilleriya atəşinə tutublar. Lakin rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri ilə düşmən ağır tələfat verərək geri oturdulub.

APA TV-nin çəkiliş qurupu Ağdam kəndindən sonra Dondar Quşçu kəndində də olub. Sakinlər əməkdaşlarımızla söhbətlərində ordumuza güvəndiklərini və buna görə də doğma kəndlərini tərk etməyəcəklərini bildiriblər.

Dondar Quşçu kənd sakinləri deyib ki, Ermənistan hərbi birləşmələrinin bu tip təxribatları nəticəsində kənddəki evlərə, təsərrüfat obyektlərinə ciddi ziyan dəyib. Buna baxmayaraq, onla dədə-baba torpaqlarını tərk etmək niyyətində deyillər.

Artıq bir neçə gündür kənd sakinləri ilə birlikdə olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Azərbaycan Ordusu düşmənə ən yüksək səviyyədə cavab verib və zərbələr vurmaqda davam edir. Deputat əminliklə deyib ki, ermənilər heç bir halda Tovuz sakinlərini qorxuda bilməz. Kənd sakinlərinin hər biri öz evindədir və qətiyyən doğma torpağını tərk etmək niyyəti yoxdur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın