16:19 21 Yanvar 2021 54
Ana səhifə Xəbərlər

Dövlət Komitəsinin sədri Vətən Müharibəsində iştirak edən əməkdaşlarla görüşüb

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistana qarşı apardığı Vətən Müharibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müxtəlif strukturlarının 13 əməkdaşı iştirak edib.

Dövlət Komitəsindən APA TV-yə verilən xəbərə görə, hərbi səfərbərlik zamanı könüllü şəkildə Silahlı Qüvvələrimizin sıralarına qoşulan şəxslər hamısı hərbi xidmətdən tərxis olunduqdan sonra öz iş yerlərinə qayıdıb.

Düşmən üzərində zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçıları ilə Dövlət Komitəsində görüş keçirilib. Komitə sədri Rövşən Rzayev onları qələbə münasibətilə təbrik edib, torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlığını bildirib.

Görüşdə Vətən Müharibəsi iştirakçılarına, həmçinin arxa cəbhədə göstərdikləri xidmətlərə görə 5 nəfərə komitə rəhbərliyi tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın