00:40 16 Avqust 2019 33
Ana səhifə Xəbərlər

DSX: Ermənistanla sərhəddə bəzi strateji yüksəkliklərdə yeni mövqelər tutulub

Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ilə bağlı mətbuat konfransı keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov xidmətdə qazanılmış nailiyyətlər barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi qərara əsasən Ermənistanla dövlət sərhədinin mühafizəsinin nəzarətə götürülməsinə başlanması Dövlət Sərhəd Mühafizəsi üçün son dərəcədə tarixi əhəmiyyət kəsb edir: “Bu gün artıq biz fəxr edirik ki, hazırda Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisinə keçən hissəsində DSX-nın Sərhəd Qoşunlarının bölmələri tərəfindən xidmət təşkil olunub. Eyni zamanda Azərbaycan ordusu tərəfindən həmin ərazidə xidmətin DSX-ya təhvil verilməsi barədə qərarın qəbul olunması Azərbaycan ordusunun hərbi birləşmələrinin də döyüş qabiliyyətinin yüksəldilməsinə, ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasına yönəlmiş bir addımdır”. Elçin İbrahimov qeyd edib ki, ötən 9 ay müddətində şəxsi heyətin döyüş hazırlığı yüksəldilib, təmas xəttində müdafiə sistemi gücləndirilib, bir sıra strateji əhəmiyyət kəsb edən istiqamətlərdə sərhəd döyüş məntəqələrinin, döyüş mövqelərinin irəli çəkilməsi təmin olunub: “Ötən müddət ərzində hərbi qulluqçularımız üçün müasir tələblərə cavab verən 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib. Eyni zamanda 2 hərbi hissə kompleksi xidməti döyüş fəaliyyətinə başlayıb. (stık) 05 48 Həmin istiqamətdə DSX tərəfindən görülmüş işlərə, həyata keçirilən xidməti döyüş fəaliyyətinə ən ali qiymət ondan ibarət olub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qərarı əsasında bu istiqamətdə DSX-nın Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb”. Həmin ərazidə son günlər baş verən gərginlik haqda danışan aparat rəhbəri vurğulayıb ki, bunun səbəbi Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar, onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyi ilə əlaqədar olub: “Bizim tərəfimizdən bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə, strateji əhəmiyyətli yüksəkliklərdə yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaranıb”. Çıxışının sonunda general-mayor Elçin İbrahimov qeyd edib ki, görülmüş təxirəsalınmaz təxliyə tədbirləri nəticəsində düşmənin təxribatlarının qarşısı alınıb, döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın