17:57 18 Oktyabr 2020 104
Ana səhifə Xəbərlər

DTX: Azərbaycan birtərəfli qaydada ermənilərin meyitlərinin bir hissəsini verməyə hazırdır

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan arasında elan edilmiş müvəqqəti humanitar atəşkəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb.

Bu barədə APA TV-yə Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın