00:00 22 Yanvar 2020 170
Ana səhifə Xəbərlər

Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılacaq

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

APA Tv xəbər verir ki, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Forumun 50 illik yubileyi münasibətilə tədbirin nüfuzlu qonaqları üçün çox məhdud sayda – cəmi 200 ədəd hazırlanan şokolad dəstinin birini dövlətimizin başçısına hədiyyə etdi.

Görüşdə Azərbaycan ilə Davos Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparıldı. Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi bu gün imzalanacaq niyyət protokolunun əhəmiyyəti qeyd edildi. Sənədə əsasən Forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq.

Söhbət zamanı vurğulandı ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Sonra Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı.

Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzaladılar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın