10:40 28 Sentyabr 2020 316
Ana səhifə Xəbərlər

Düşmən dinc əhalini atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində dinc sakinləri, yaşayış evlərini hədəf almaqda davam edir.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, düşmənin atdığı mərmilərdən biri Ağdam rayonunun Evoğlu kənd sakini Coşqun Paşayevin yaşadığı evə düşüb. Nəticədə Coşqun Paşayev həyatını itirib.

Məcburi köçkünlərin məskunlaşdığı Baharlı qəsəbəsində İlhamə Bağırovanın evi də top atəşinə məruz qalıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən bu gün səhər saatlarından başlayaraq, Tərtər şəhəri də atəşə tutulur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın