06:40 09 Dekabr 2019 200
Ana səhifə Xəbərlər

DYP sürücülərə xəbərdarlıq etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİDYPİ) hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA TV-yə açıqlamasında bildirib ki, sürücülər ilk növbədə məhz bunu nəzərə almalıdır: “Günün pik saatlarında yağış və çiskinı, havanın gec işıqlanması, tez qaralması görmə qabiliyyətini məhdudlaşdırır. Buna görə də məsuliyyətli olmalı, təhlükəsizliyin təmin edilməsinə çalışmalıyıq. Sürücülər digər günlərə nisbətən daha diqqətli olmalı, sürəti minimuma endirməli, ara məsafəni normadan artıq saxlamalıdır. Yağışla əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalının yüksək olması avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılmalıdır. Sürət qutusundan və əyləc sistemindən düzgün istifadə edilməlidir. Dövlət nömrə nişanları təmiz saxlamalı, işıq cihazları təmiz olmalıdır. Baş verə biləcək qəzalardan yayınmaq üçün sürücülər həmişəkindən fərqli hərəkət etməlidir. Bəzən belə havalarda qəzaya görə hava şəraitinin nəzərə alınacağını, cəzadan yayına biləcəyini düşünən vətəndaşlar olur.

Bu, yanlışdır. Əgər sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın