17:49 14 Sentyabr 2020 179
Ana səhifə Xəbərlər

DYP yeni dərs ilinin başlaması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-də orta təhsil müəssisələrinin yerləşdiyi küçə və yollarda, xüsusilə də paytaxt ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağı ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarından xahiş edir ki, şagirdləri məktəbə aparan valideynlər küçə və yollarda təhlükəsiz hərəkət qaydalarına, övladlarını məktəbə avtomobillərlə aparan sürücülər həmin ərazidəki dayanma, durma və parklanma qaydalarına, ictimai nəqliyyat vasitələrindən istifadə edən valideynlər isə tövsiyə olunan sosial məsafəni saxlama, tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarına ciddi riayət etsinlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın