06:00 21 May 2020 834
Ana səhifə Xəbərlər

Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edildi

Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycanın Mədəniyyət naziri vəzifəsindən azad edilib.

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Əbülfəs Qarayev 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı 23 saylı tam orta məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1992-ci ildə "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi alıb. 1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri, 2018-2020-ci illərdə Mədəniyyət naziri vəzifələrində çalışıb. Ailəlidir, bir qızı var.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın