17:09 11 Avqust 2020 344
Ana səhifə Xəbərlər

Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.

APA TV xəbər verir ki, sərəncama əsasən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın