11:20 09 Sentyabr 2019 26
Ana səhifə Xəbərlər

Əli Əhmədov hərbi hissədə: “Bunu yeyib qurtarmaq çətindir...”

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov Ağcabədiyə səfər edib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, əvvəlcə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib.

GörüşdəƏli Əhmədovla yanaşı, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə idmançılar arenaya çıxaraq, öz məharətlərini göstərib. Daha sonra tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

Baş nazirin müavini deyib ki, Azərbaycan gəncliyi üçün Azərbaycan dövləti böyük imkanlar yaradıb: “Onların inkişafı, təhsil alması, idmanla məşğul olması üçün layihələr həyata keçirilir. Bütün bunları da gəncliyimiz yüksək qiymətləndirir. Hesab edirəm ki, Azərbaycan bu gün nə qədər gözəldirsə, sabahı daha da möhtəşəm olacaq. Firavan yaşamağımız üçün hər cür şərait olacaq”.

Baş nazirin müavini və onu müşayiət edən şəxslər “N” saylı hərbi hissəyə də gedərək, yaradılan şəraitlə tanış olublar və əsgərlərlə birlikdə nahar ediblər: “Yeməklər evdəki yeməklərdən fərqlənmir. Evdəki yeməklər kimi bişirilib. Amma burda çeşidlər çoxdur. Bunu yeyib qurtarmaq çətindir. Ən azı mənim kimi yaşlılar üçün çətindir. Amma onlar cavan oğlanlardır, yeməlidirlər. Yeməklər çoxçeşidli olduğu üçün əsgərlərin seçmək imkanı var. Mənim təsəvvürümdə belə idi ki, əsgərlər üçün bir çeşiddə yemək olar, onu yeyərdilər. Bu da ondan xəbər verir ki, əsgərlərin hər hansı yemək problemi yoxdur”.

Daha sonra Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Ağcabədi, Laçın, Bərdə Ağdam və Tərtər rayonlarının təşkilat sədrləri ilə zona müşavirəsi keçirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın