00:28 23 İyun 2018 985
Ana səhifə Xəbərlər

Əli Həsənov: "QHT-lər arasında ölkəmizə qarşı istifadə olunanlar var"

"Azərbaycanda 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb".

APA TV-nin məlumatına görə, bunu prezidentin köməkçisi Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı tədbirdə bildirib.

Ə. Həsənov qeyri-hökumət təşkilatları arasında xarici donorlar tərəfindən istifadə olunaraq, ölkəmiz əleyhinə təbliğat aparanların mövcudluğundan təssüfləndiyini deyib:

"Çox təəssüflər olsun ki, bəzən sizlərin sırasından xarici donorların təsiri altına düşərək, öz dövlətinə qarşı istifadə olunan və fəaliyyət göstərən QHT nümayəndələrinin də şahidi olmusunuz. Eyni hissləri kütləvi-informasiya vasitələrinə də aid etmək olar. Nə qədər bizim elə öz mediamızda yazılar yazdırırlar, xarici, Anti-Azərbaycan mərkəzlərində formalaşdırılan siyasət bizim qht, media və siyasi partiyaların əli ilə Azərbaycana qarşı istifadə olunur".

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə şuranın dövlətlə qeyri-hökumət təşkilatları arasındakı münasibətlərə verdiyi töhfədən danışıb:

"Şuranın yaranması ilə dövlət, Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev öz siyasi iradəsini ortaya qoyaraq, dövlətlə qeyri-hökumət təşkilatları arasında uğurlu körpünün yaradılması, dövlət-qht münasibətlərinin yeni keyfiyyət müstəvisinə keçməsi və eyni zamanda, sözün yaxşı mənasında qeyri-hökumət təşkilatlarına dövlətin sahiblik etməsi üçün mühüm bir qərar qəbul etdi"

Çıxış edənlər şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini vurğulayıblar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın