18:00 07 Aprel 2020 260
Ana səhifə Xəbərlər

Əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə qərar qəbul edib.

APA TV xəbər verir ki, qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1- dək uzadılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın