23:16 05 İyul 2020 312
Ana səhifə Xəbərlər

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.

APA TV xəbər verir ki, bu barədə məlumatı Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı təsdiqləyib.

O bildirib ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseynov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!".

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir çox teatrların səhnəsində çalışıb, müxtəlif obrazlarda oynayıb

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın