19:21 19 Oktyabr 2020 593
Ana səhifə Xəbərlər

Əməkdaşlarımız erməni terroru nəticəsində ziyan dəyən uşaq bağçasında olub

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində uşaq bağçasına da ziyan dəyib.

APA TV-nin yerli bürosunun məlumatına görə, raket düşən yerin 10 metrliyində yerləşən 10 nömrəli Körpələr Evi-Uşaq Bağçası yararsız hala düşüb.

Düşmən təxribatı nəticəsində iki mərtəbəli körpələr evinin pəncərələri, qapıları, dam örtüyü və otaqları bərbad vəziyyətə düşüb.

Qeyd edək ki, ermənilərin Gəncəyə raket atması nəticəsində 14 nəfər dinc sakin həlak olub, 55 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar.

Günay Filmanova deyir ki, bu olanlara baxmayaraq biz qələbə ruhu ilə yaşayırıq.

Qeyd edək ki, 240 yerlik baxçada 115 uşaq təlim tərbiyə alır. Hadisə gecə saatlarında baş verdiyindən xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın