19:13 12 Avqust 2020 602
Ana səhifə Xəbərlər

Erməni təxribatı nəticəsində dağılan evlər yenidən tikilir – TOVUZDAN REPORTAJ

Ötən ay Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində Tovuz rayonun bir neçə kəndində yaşayış evlərinə ziyan dəyib. Avqustun 6-da ziyan dəymiş evlərin sökülərək yerində yenisinin tikilməsi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən həmin ərazilərdə işlərə başlanıb. Hazırda biz rayonun Vahidli kəndindəyik gördüyünüz kimi burda işlər davam edir.

APA TV xəbər verir ki, artıq dünəndən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni təxribatı nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin təmir-bərpasına başlanılıb. İlk öncə ziyan dəymiş evlərin söküntü işlərinə rayonun Dondar Quşçu, Vahidli və Ağdam kəndlərində start verilib.

Əməkdaşlarımız rayonun Dondar Quşçu kəndinə də baş çəkib. Bu kənddə erməni təxribatı nəticəsində iki evə ciddi ziyan dəyib.

Tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsi Elxan Yusibov işlərin sürətlə getdiyini, ümumilikdə 6 evin yenidən tikiləcəyini deyir:

Qeyd edək avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrılıb.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın