17:26 11 Oktyabr 2020 160
Ana səhifə Xəbərlər

Erməni vandallığının hədəfi olan Şıxarx qəsəbəsi - REPORTAJ

Gördüyünüz kadrlar məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Tərtərin Şıxarx qəsəbəsində çəkilib. Sentyabrın 27-dən başlayaraq ordumuzun keçirdiyi əks-hücum əməliyyatları zamanı döyüş meydanında tab gətirməyən düşmən dinc əhalinin yaşadığı məntəqələri hədəf alıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu məntəqələrdən biri də 1176 məcburi köçkün ailəsinin yaşadığı bu, bina olub. Ermənilərin top və raket mərmilərinin hədəfi olan beşmərtəbəli 34 yaşayış binası tamamilə yararsız hala düşüb.

Bu binalarda yaşayan əhali arasında ölən də oldu, yaralanan da....

Şəhərciyin sakinləri cəbhə xəttində humanitar atəşkəsin razılaşdırılmasını fürsət bilib evlərinə baş çəkir. Bəziləri salamat qalan əşyalarını, bəziləri isə dağıntılar altında qalan mənəvi dəyəri yüksək olan əşyalarını xilas etməyə çalışır.

Elə mənzil sahibləri var ki, artıq onun mənzilinin eyvanı belə yoxdur. Düşmənin atdığı mərmilər həmin eyvanın tamamilə dağılmasına səbəb olub.

Şəhərcikdə dağılan təkcə mənzillər deyil. Körpələr evi, təhsil ocaqları, idarə və müəssisə binaları da erməni faşistlərinin ağır artilleriya qurğularından atdığı top və raket mərmilərinin hədəfinə çevrilib.

Habil Aslanoğlu,

Ziya İsmayılov,

Tərtər

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın