20:59 18 Oktyabr 2020 177
Ana səhifə Xəbərlər

Ermənilər bu dəfə Xızı rayonunu hədəf seçdi

Ermənilər bu dəfə Xızı rayonunu hədəf seçdi.

APA TV-nin yerli bürosunun xəbərinə görə, cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Xızı rayonuna raket atıblar. Xızı rayonuna atılan raket Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən uğurla zərərsizləşdirilib və raketin qalıqları Xızı rayonunun Sitalçay kəndi ərazisində əkin sahəsinə düşüb.

Raket boş ərazi sahəsinə düşdüyündən, insan itkisi olmayıb və hər hansısa mülki obyektə ziyan dəyməyib. ANAMA əməkdaşları əraziyə cəlb olunub və raketin qalıqları ərazidən yığışdırılır.

Döyüş meydanında məğlubiyyətə düçar olan düşmən əvəzini mülki vətəndaşları hədəf seçməklə çıxmaq istəyir. Amma mənfur qonşularımız bu istəklərinə heç vaxt nail olmayacaq və Azərbaycanın 3 rəngli bayrağı Qarabağın bütün rayon və şəhərlərində dalğalanacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın