19:46 01 Oktyabr 2020 219
Ana səhifə Xəbərlər

Ermənilər Goranboy və Naftalanı atəşə tutdu – 4 EV DAĞILDI

Ötən gün axşam saatlarından Ermənistan ordusu Goranboy rayonunun Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutmağa başlayıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, nəticədə kənd sakinləri Bayram Binnətov və Səbinə Qarayevaya məxsus evlərə mərmi düşüb. Hər iki evə ciddi ziyan dəyib. Ev sahibləri həmin vaxt evdə olmadığından xəsarət alan və ölən olmayıb:

Düşmən tərəfindən atılan mərmi nəticəsində Bayram Binnətova məxsus 4 otaqlı ev tamamilə yarasız hala düşüb.

Kənd sakinləri Ermənilərdən qorxmadıqlarını və evlərini tərk etməyəcəklərini deyirlər.

Düşmən ötən gecə Naftalan rayonunun Qaşaltı kəndini də ağır artilleriya silahlarında atəşə tutub. Nəticədə kənd sakini Səmayə Babayevanın evi yanaraq, tam yararsız hala düşüb. Digər evin isə bir hissəsi dağılıb.

Qeyd edək ki, sentyabrın 27-dən indiyədək Qaşaltı kəndində 3 evə, Tapqaraqoyunlu kəndində isə 30-dan artıq evə mərmi düşüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın