19:49 01 Oktyabr 2020 239
Ana səhifə Xəbərlər

Ermənilər Goranboyu atəşə tutdu, iki ev dağıldı

Bu gün səhər saatlarından Ermənistan ordusu Goranboyun daha bir yaşayış məntəqəsini iriçaplı silahlardan atəşə tutub.

APA TV-nin məlumatına görə, düşmən tərəfindən atılan mərmilərdən biri rayonun Səfikürd kəndinə düşüb. Nəticədə Həqiqət Cəfərnicatinin və Vidadi Yusifovun evlərinə ziyan dəyib. Hadisə vaxtı hər iki evdə ailə üzvlərində heç kəs olmadığından ölən və xəsarət alan olmayıb.

Bundan əlavə, atılan mərmi Səfikürd kənd orta məktəbi və kənd icra nümayəndəliyinin binasına da ziyan vurub. Hazırda cəbhənin Goranboy istiqamətində döyülər davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın