19:24 29 Oktyabr 2020 139
Ana səhifə Xəbərlər

Ermənilər Göygölü atəşə tutdu – MİLLİ PARKIN ƏRAZİSİNDƏ YANĞIN BAŞ VERDİ

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqda davam edir. döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğının söndürülməsi məqsədilə əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində ərazinin mürəkkəb dağlıq relyefə malik olmasına baxmayaraq, yanğın qısa müddətdə söndürülərək alovun geniş əraziyə yayılmasına və sıx meşəyə keçməsinə imkan verilməyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın