18:38 22 Oktyabr 2020 197
Ana səhifə Xəbərlər

Ermənilər Kürdəmirə ballistik raket atdı – MÜLKİ OBYEKTLƏRƏ ZİYAN DƏYDİ

Ermənistan hərbi cinayətlər törətməkdə davam edir. Bu gün səhər saatlarında döyüş bölgəsindən uzaqda yerləşən Kürdəmir rayonuna ballistik raket atılıb. Raket düşdüyü ərazidə 5 metr dərinlikdə, 10 metr diametrində çuxur yaranıb. Hadisə nəticəsində bir neçə evə və məktəb binasına ziyan dəydiyi bildirilir. Bütün bunlara baxmayaraq, Kürdəmirdə həyat öz axarında davam edir.

APA TV-nin yerli bürosunun məlumatına görə, əraziyə cəlb edilən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupları hadisə yerində partlamış raket qalıqlarını aşkar ediblər. ANAMA-nın Xüsusi Əməliyyat Qrupunun rəhbəri Böyükağa Haqverdiyevin sözlərinə görə, məlum olub ki, düşmən Kürdəmirə “Skad” raketi atıb: “ANAMA-nın operativ qərargahına cəbhəyanı zonadan uzaqda yerləşən Kürdəmir rayonu ərazisinə ballistik raketin düşməsi ilə bağlı məlumat daxil olmuşdur. Tapşırığa əsasən xüsusi əməliyyat qrupu dərhal əraziyə gələrək burda əməliyyat keçirib. İlkin məlumatlara əsasən ballistik raketin və partlayış yerini müayinə etməklə həmin raketin modeli dəqiqləşdirilib”.

Qeyd edək ki, səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın