19:54 13 İyul 2020 375
Ana səhifə Xəbərlər

Ermənilər Tovuzun iki kəndini top və minaatanlardan atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “Facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşıma münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, həmin məlumat həqiqəti əks etdirmir: “Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın