14:52 01 Oktyabr 2020 374
Ana səhifə Xəbərlər

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində ata və oğlu həlak olub

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki şəxs ölüb.

APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonun Hacıməmmədli kənd sakinləri – 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Samir Mürşid oğlu həlak olublar.

Onları götürmək üçün gedən təcilli tibbi yardım maşınları da ermənilər tərəfindən atəşə tutulub.

Qeyd edək ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın