03:20 30 Sentyabr 2020 168
Ana səhifə Xəbərlər

Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşdü

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

APA TV–nin yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından düşmən Goranboy rayonun Yeni Kənd kəndini iriçaplı silahlardan atəşə tutub. Nəticədə kənd sakinləri Seymur Mustafayev və Ərəstun Əliyeva məxsus evə mərmi düşüb.Bir evin dam örtüyü və bir otağı, digər evin isə mətbəxi tam yararsız hala düşüb. APA TV-nin əməkdaşları sözü gedən kəndə olublar.

Hadisə baş verən zaman hər iki evdə ev sahiblərinin olmadığında ölən və xəsarət alan olmayıb. Kənd sakinləri bildiriblər ki, atəşkəs rejiminin hər gün ermənilər tərəfindən pozulmasına baxmayaraq gündəlik işləri ilə məşğul olurlar. Kəndə döyüş getməsinə baxmayaq sakinlərdə evlərini tərk etməyiblər. Hər kəs kəndə öz işindədir, həyat öz axarı ilə davam edir.

Hazırda cəhbənin bütün istiqamətində,o cümlədən Goranboy istiqamətində döyüş gedir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Goranboy

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın