23:33 29 Sentyabr 2020 243
Ana səhifə Xəbərlər

Ermənilərin atdığı top mərmisi maldarlıq təsərrüfatına düşdü

Ermənilərin atdığı top mərmisi yaşayış məntəqəsində maldarlıq təsərrüfatına düşüb.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun Əhmədağalı kəndində məskunlaşan məcburi köçkün ailəsinin təsərrüfatına düşən mərmi yanğına səbəb olub. Mal tövləsində olan iribuynuzlu heyvanlar zərər görməsə də sahibinə ciddi maddi ziyan dəyib. Minlərlə ot bağlaması yanaraq kül olub.

Ermənilər hələ də yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın